Müğənni Roza Zərgərli küsülü olduğu aparıcı Aytən Səfərovaya barışıq əli uzadıb.
Moderator.az xəbər verir ki, bu yaxınlarda 3-cü dəfə ana olan Aytən Səfərovanın fotosunu Zərgərli İnstaqram səhifəsində paylaşaraq onu təbrik edib:
Müğənni "Səni təbrik edirəm. Qazancın müqəddəs "Ana" ismi oldu", - deyə qeyd edib. Səfərova isə ona cavab olaraq ürək işarəsi qoyub.
Məlumat üçün bildirək ki, aparıcı ilə müğənni arasında "Maşın" şouda böyük qalmaqallar yaşanmışdı, onlar verilişində bir-birinin ünvanına kəskin ittihamlar bildirmişdi.



































































































