Naxçıvanda 60 nəfər ad, soyad və ata adını dəyişib

Hazırda oxunan: Naxçıvanda 60 nəfər ad, soyad və ata adını dəyişib

627810

Naxçıvan Muxtar Respublikasında (MR) 2026-cı ilin ilk altı ayı ərzində ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı 60 müraciət üzrə dövlət qeydiyyatı aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Naxçıvan MR Ədliyyə Nazirliyindən məlumat verilib.
 

Bildirilib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq vətəndaşların ad, soyad, ata adının dəyişdirilməsi ilə bağlı daxil olan 60 müraciət müvafiq qaydada araşdırılıb və dövlət qeydiyyatı həyata keçirilib.


Qeyd edək ki, ölkədə ad, soyad və ata adının dəyişdirilməsi Ailə Məcəlləsinə və Nazirlər Kabinetinin təsdiq etdiyi "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"na uyğun olaraq həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin