Azərbaycan BMT-də tərksilah mexanizmlərinin əhəmiyyətini VURĞULADI - FOTO

Hazırda oxunan: Azərbaycan BMT-də tərksilah mexanizmlərinin əhəmiyyətini VURĞULADI - FOTO

644378

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Birinci Komitənin tərksilah mexanizmlərinə dair tematik müzakirələrində beynəlxalq tərksilah sisteminin əhəmiyyəti vurğulanıb.

Bizim.Media xəbər verir ki, Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Məqsəd Hüseynov bununla bağlı bəyanatla çıxış edib.

O qeyd edib ki, BMT-nin Tərksilah Komissiyası (UNDC) beynəlxalq tərksilah arxitekturasının mühüm tərkib hissəsi olaraq qalır və tərksilah sahəsində əsas problemlərin ətraflı müzakirəsi üçün xüsusi platforma rolunu oynayır.
 

Ölkəmiz, həmçinin BMT-nin Tərksilah Məsələləri üzrə İdarəsinin (UNODA) çoxtərəfli tərksilah proseslərinə davamlı dəstəyini, üzv dövlətlərə müvafiq öhdəlik və vəzifələrini yerinə yetirməkdə göstərdiyi yardımı yüksək qiymətləndirib.


Bununla yanaşı, BMT-nin Silahsızlanma Tədqiqatları İnstitutunun (UNIDIR) beynəlxalq təhlükəsizlik sahəsində mövcud və yeni yaranan çağırışlarla bağlı müzakirələrin təşviqinə yönəlmiş fəaliyyəti təqdir edilib.

Vurğulanıb ki, davamlı siyasi iradə və konstruktiv əməkdaşlıq sayəsində tərksilah mexanizmləri öz mandatlarını daha səmərəli yerinə yetirə, tərksilah və beynəlxalq təhlükəsizlik sahəsində real irəliləyişə töhfə verə bilər.
 

During the #UNGA81 #FirstCommittee thematic discussions on #disarmamentmachinery, #Azerbaijan emphasised that the #UNDC remains a vital component of the international disarmament architecture, serving as a dedicated platform for substantive, in-depth deliberations on key disarmament challenges. It also commended the work of #UNODA for its continued support for multilateral disarmament processes as well as its assistance to Member States in fulfilling their relevant obligations and commitments, and #UNIDIR for its efforts to facilitate discussions on existing and emerging challenges to international security. Through sustained political will and constructive engagement, the disarmament machinery can fulfil its respective mandates more effectively and contribute to tangible progress in disarmament and international security.

— Azerbaijan UN (@AzmissionUN) October 26, 2026

 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin