Ermənistanın Armavir şəhərində məhbus məhkəmə binasından qaçıb.
Bizim.Media xəbər verir ki, Ermənistan mediasının məlumatına görə, hadisə bu gün Armavir Ümumi Yurisdiksiya Məhkəməsinin binasında baş verib.
Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan hadisəni təsdiqləyib. O bildirib ki, məhbusun tapılması istiqamətində tədbirlər görülür, hadisənin təfərrüatları araşdırılır.
Erməni mediasının məlumatına görə, H.E. adlı şəxs “Armavir” cəzaçəkmə müəssisəsində saxlanılırdı və məhkəmə iclasında iştirak etmək üçün məhkəməyə gətirilibmiş.
Bəzi erməni KİV-ləri məhbusun məhkəmə zalından deyil, məhkəmə binasındakı kameradan qaçdığını yazıb.
Hazırda onun axtarışı ilə bağlı tədbirlər davam etdirilir.
Bizim.Media






























































































