Pezeşkianın BMT-də çıxışı zamanı Azərbaycan nümayəndələri zalı TƏRK ETMƏYİB

Hazırda oxunan: Pezeşkianın BMT-də çıxışı zamanı Azərbaycan nümayəndələri zalı TƏRK ETMƏYİB

638468

Sosial şəbəkələrdə İran Prezidenti Məsud Pezeşkianın BMT Baş Assambleyasındakı çıxışı zamanı bir sıra ölkələrin nümayəndələrinin, o cümlədən Azərbaycan nümayəndə heyətinin iclas zalında olmamasına dair məlumat yayılıb.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, Məsud Pezeşkianın ötən gün BMT-də çıxışı zamanı Azərbaycan nümayəndə heyəti zalda olub.

İran Prezidentinin çıxışı zamanı guya Azərbaycan nümayəndə heyətinin zalda olmamasına dair səslənən iddialar dezinformasiya və feykdir.
 

Açıq mənbələrdə yayılan məlumatlara görə, Pezeşkianın 23 sentyabr tarixində BMT Baş Assambleyasındakı çıxışı zamanı zalı tərk edən tərəf ABŞ nümayəndəsi olub. İsrail nümayəndə heyətinin isə İran Prezidentinin çıxışında iştirak etmədiyi bildirilib.


Azərbaycanın nümayəndə heyətinin zalı tərk etməsi barədə məlumat həqiqəti əks etdirmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin