“Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı – VİDEO

Hazırda oxunan: “Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı – VİDEO

637479

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb.

Bizim.Media xəbər verir ki, söhbət əsnasında 2023-cü ildə Kahramanmaraş zəlzələsində Türkiyədə zərərçəkənlərə kömək etmək üçün qırmızı avtomobilinə əşyalarını doldurub yardım etməyə gedən Sərvər Bəşirlidən söz düşüb:

Okay Memiş dedi: Cənab Prezident, biz 2023-cü il fevralın 6-da, demək olar ki, kiçik bir qiyamət yaşadıq. Bütün dünya, Allah razı olsun, hamısı kömək üçün səfərbər oldu. Lakin bu masa ətrafında olan qardaşlarımız, hətta azərbaycanlı bir qardaşımız qırmızı avtomobili ilə gəlmişdi.


Prezident İlham Əliyev dedi: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi.

Okay Memiş dedi: Cənab Prezident, bu, inanılmaz bir hadisədir. Yəni bu, əlbəttə, bizim unuda biləcəyimiz bir hadisə deyil. (qafqazinfo.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin