Belarus Prezidenti Aleksandr Lukaşenkonun mətbuat xidmətinin kanalı erotik məzmunlu paylaşımlar etməyə başlayıb, daha sonra isə əlçatmaz olub.
Bizim.Media xəbər verir ki, bu barədə "Ostorojno, novosti" teleqram kanalı məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Belarus liderinin mətbuat xidmətinin rəsmi resursu olan "Pul Pervogo" kanalının linkinə daxil olarkən istifadəçilərin qarşısına erotik xarakterli məzmunlar çıxıb.
Kanalın köhnə postlarına keçid etməyə çalışdıqda isə resurs xəta verib və kanalın gizli (şəxsi) statusa keçirildiyi barədə xəbərdarlıq peyda olub.
Sözügedən resursun 250 mindən çox abunəçisi var idi. Kanalın əlçatmaz olmasının dəqiq səbəbləri hələlik məlum deyil.
Bizim.Media

- A-
- A
- A+
Dünya
21:38 / 18.09.2026
Lukaşenkonun "Telegram" kanalında erotik fotolar paylaşıldı
Hazırda oxunan: Lukaşenkonun "Telegram" kanalında erotik fotolar paylaşıldı
Hazırda oxunan: Lukaşenkonun "Telegram" kanalında erotik fotolar paylaşıldı
637466
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































