İran ABŞ-nin viza məhdudiyyətlərinə etiraz etdi

Hazırda oxunan: İran ABŞ-nin viza məhdudiyyətlərinə etiraz etdi

637438

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ administrasiyasının prezident Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçinin Nyu-Yorka səfəri üçün viza verməsinə baxmayaraq, İran nümayəndə heyətinə tətbiq etdiyi məhdudiyyətləri tənqid edib.

Bizim.Media xəbər verir ki, bu barədə Bəqayi “X” hesabında yazıb.

O, bildirib ki, Vaşinqton dövlətlərin yaddaş və tənqidi düşünmə qabiliyyətinə malik olmadığını düşünür. Siyasətçi ABŞ-nin yanaşmasını "Pluribus" serialı ilə müqayisə edərək, insanların Vaşinqtonun narrativini bütövlükdə qəbul etməsinin gözlənildiyini iddia edib.

 

Onun sözlərinə görə, Vaşinqton bir tərəfdən iranlıların iqtisadi vəziyyətinə təsir edən sanksiyalar tətbiq edir, digər tərəfdən isə iranlı rəsmilərin ABŞ-də müəyyən mağazalardan alış-veriş etməsinə qoyulan məhdudiyyətləri geniş şəkildə açıqlayır.

 

Bəqayi bu yanaşmanı “təbliğat” adlandıraraq, ABŞ-nin İrana qarşı siyasətini və Tehrana qarşı müharibə ilə bağlı mövqeyini sərt şəkildə tənqid edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin