Böyük Britaniyada görmə məhdudiyyətli bir kişi evdəki problemlər üzündən dörd şüşə şərab içib və 240 kilometr yol qət edib.
Bizim.Media xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
Belə ki, polis 29 iyun gecəsi Kambriya ştatının Karlayl şəhəri yaxınlığında 50 yaşlı Entoni Hollun avtomobilini saxlayıb. Sürücünün sərxoş və görmə məhdudiyyətli olduğu aşkar edilib.
Bundan əlavə, onun heç vaxt sürücülük vəsiqəsi olmadığı da məlum olub. Holl izah edib ki, təxminən iki il əvvəl demək olar ki, bütün görmə qabiliyyətini itirib və indi yalnız işıq mənbələrini ayırd edə bilir.
O, dörd şüşə şərab içdikdən sonra sevgilisinin maşınında Qərbi Yorkşirin Haddersfild şəhərindən yola çıxıb. Holl sinir böhranı keçirdiyini və "ətrafındakı dünyadan" Şotlandiyaya qaçmaq istədiyini bildirib. Xüsusilə, o və partnyoru ciddi maliyyə problemləri ilə üzləşiblər.
Kişi demək olar ki, görməsə də, zolağında yük maşınlarının arxa işıqlarından istifadə edərək magistral yolda 240 kilometr məsafə qət etməyi bacarıb. O, həmçinin yol boyu yanacaqdoldurma məntəqəsində dayanıb və orada bir işçi ona avtomobilini benzinlə doldurmağa kömək edib.
Sentyabrın 8-də məhkəmə Holla səkkiz ay şərti azadlıq cəzası verib, ardınca isə on səkkiz ay nəzarət altında azadlığa buraxılıb. Ona, həmçinin üç ay müddətinə spirtli içki içmək qadağan edilib.



Bizim.Media






























































































