Moskva və Ankara Qara dənizdə təhlükəsizlik üzrə dialoq aparır

Hazırda oxunan: Moskva və Ankara Qara dənizdə təhlükəsizlik üzrə dialoq aparır

637409

Moskva və Ankara Qara dənizdə təhlükəsizliyin təmin edilməsi məsələsi ilə bağlı sistemli dialoq aparır.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.
 

O, mediada Türkiyənin Qara dənizdə gəmilərə hücumların dayandırılması ilə bağlı Rusiyaya və Ukraynaya təklif göndərməsi barədə yayılan məlumatları şərh edərkən belə deyib:


“Biz Türkiyə tərəfi ilə... ən geniş mənada dəniz təhlükəsizliyinin təmin edilməsi məsələləri üzrə sistemli dialoq aparırıq”.

Qeyd edək ki, bir gün əvvəl Türkiyənin diplomatik dairələrindəki mənbələrin məlumatına görə Türkiyə Moskva və Kiyevə Qara dənizdə gəmilərə hücumların dayandırılması ilə bağlı memorandum göndərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin