Payızın gəlişi heç də hamıya bədbinlik gətirmir. Baxmayaraq ki, payızı depressiv ay hesab edirlər, sentyabrın sonlarına yaxın bəzi bürclər üçün çox düşərli olacaq.
Bizim.Media xəbər verir ki, sentyabr xüsusilə Qoç bürcləri üçün "ikinci şans" olacaq. Keçmiş münasibətləri bərpa edə bilərlər, çoxdandır gözlədikləri vəzifəyə təyin ola, yaxud heç cür əməkdaşlıq qura bilmədikləri adamları nəhayət masaya dəvər edə bilərlər.
Əkizlər bürcü üçün də maraqlı həftə gəlir. Təqvimləri görüş saatları ilə dolub-daşacaq. İstər iş, istərsə də eşq baxımından maraqlı və unudulmaz, gələcəyə yönəlik görüşlər ehtimal olunur.
Sentyabr Qız bürcü üçün doğma ay olduğunu görə özünü evindəki kimi hiss edəcək. “Doğma divarlar” onu rahat hiss etdirəcək bu da həyat keyfiyyətinə yaxşı təsir göstərəcək. Yarımçıq qalmış bütün işləri nöqtələyə bilərlər, qərarlar vermək üçün ideal zamandır.
Dolça bürcünün nümayəndələri bu ayın sonu rutin həyatını dəyişmək istəyəcəklər. Bu, onlar üçün mütləq inqilabdır. Yeni hobbilər, yeni dizayn, hətta evə gedərkən belə yeni yolu kəşf etmək... heç vaxt etmədiyi dəyişikliklərə cəsarət edəcəklər.
Balıqlar hər xırda şeyi dərd etməsin, çünki ayın son həftəsi elə rahat və dinc keçəcək ki, qayğılar sanki öz-özünə yox olacaq. Amma uzaqlara qaçmaq istəyi də yarana bilər, əlbəttə ki cüt şəkildə!
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:44 / 18.09.2026
Sevgi, pul, yenilik... - Sentyabrda hansı bürclər şanslı olacaq?
Hazırda oxunan: Sevgi, pul, yenilik... - Sentyabrda hansı bürclər şanslı olacaq?
Hazırda oxunan: Sevgi, pul, yenilik... - Sentyabrda hansı bürclər şanslı olacaq?
637423
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































