TƏBİB diktor Sevda Məmmədzadənin ölümü barədə MƏLUMAT YAYDI

Hazırda oxunan: TƏBİB diktor Sevda Məmmədzadənin ölümü barədə MƏLUMAT YAYDI

637476

TƏBİB diktor Sevda Məmmədzadənin ölümü barədə məlumat yayıb. 

Bizim.Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, Nizami Tibb Mərkəzinin Reanimasiya şöbəsində müalicəsi davam etdirilən 1931-ci il təvəllüdlü şəxsin (qadın) aparılan uzunmüddətli reanimasiya tədbirlərinə baxmayaraq, 18.09.2026-cı il tarixində saat 20:00 radələrində bioloji ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, Sevda Məmmədzadə sentyabrin 2-si gecə ağır vəziyyətdə Nizami Tibb Mərkəzinin Reanimasiya şöbəsinə hospitalizasiya olunub.

Ona baş-beyin qan dövranının hər iki beyin yarımkürəsində kəskin işemik tipli pozulması, ürəyin işemik xəstəliyi və səyirici aritmiya diaqnozları təyin olmuşdu.

Bizim.Media, Fəridə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin