Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo qarşıdakı Millətlər Liqası oyunları üçün Portuqaliya milli komandasına çağırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Yaxın beynəlxalq fasilə zamanı Portuqaliya millisi Millətlər Liqasında Uelslə (24 sentyabr), Norveçlə (27 sentyabr və 4 oktyabr) və Danimarka ilə (1 oktyabr) qarşılaşacaq.
Avqustun 17-də Ronaldo yeni mövsümün onun karyerasında sonuncu mövsüm ola biləcəyini açıqlamışdı.
Xatırladaq ki, Portuqaliya millisi dünya çempionatının 1/8 finalında İspaniyaya 0:1 hesabı ilə məğlub olub.
Çempionlar Liqasının beşqat qalibi, ikiqat Millətlər Liqası çempionu, Avropa çempionu və beş dəfə “Qızıl top” sahibi olan Ronaldo matçdan əvvəl bu dünya çempionatının onun üçün sonuncu olacağını bildirmişdi. Nəticədə hücumçu dünya çempionu ola bilmədi.
Klub səviyyəsində Ronaldo ötən mövsüm bütün turnirlərdə 37 oyuna çıxıb, 30 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizim.Media

- A-
- A
- A+
İdman
18:26 / 18.09.2026
Ronaldo Portuqaliya milli komandasına çağırıldı
Hazırda oxunan: Ronaldo Portuqaliya milli komandasına çağırıldı
Hazırda oxunan: Ronaldo Portuqaliya milli komandasına çağırıldı
637435
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































