"And içmişəm, hamısının adını sadalayacağam"

Hazırda oxunan: "And içmişəm, hamısının adını sadalayacağam"

637398

Aktrisa Zülfiyyə Qurbanova çəkildiyi açıq-saçıq rolla bağlı ona sual ünvanlayanları tənqid edib.

Bizim.Media xəbər verir ki, aktrisa bu cür suallardan yorulduğunu bildirib.

O bildirib ki, artıq müsahibə verəndə belə bu cür sualların ona ünvanlanmasını istəmir:

“Artıq paylaşacağam, bəlkə savadsız suallardan canımız qurtara. Bundan sonra ərinməyəcəyəm, serial və filmlərdə olan öpüşmə , zorlama və sairə kimi səhnələri paylaşacağam.
 

Hünərləri çatmır belələrinə sual verməyə. Zülfiyyə Qurbanova gəldi bir əxlaqsız qadın obrazı oynadı. Hələ tamaşaçılar...Mənim oynadığım roldan danışmaqdansa, gedin onlardan, həmin səhnələrə çəkilənlərdən danışın. And içmişəm, belə sual verən kimi səhnələrin adını bir-bir açıqlayacağam. Adamı iyrəndirmisiniz". 


Qeyd edək ki, Z.Qurbanova "Zəhər tuluğu", "Mikrorayon" kimi ekran işlərindəki obrazları ilə son illər gündəmdədir. (Axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin