ANAMA rəsmisi Böyük Britaniyanın yeni səfiri ilə görüşdü - FOTO

Hazırda oxunan: ANAMA rəsmisi Böyük Britaniyanın yeni səfiri ilə görüşdü - FOTO

637437

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) ilə Böyük Britaniya arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın genişləndirilməsi və gələcək layihələr müzakirə edilib.

Bizim.Media xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

Bildirilib ki, ANAMA-nın İdarə Heyəti sədrinin birinci müavini Şamil Rzayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Norman ilə görüşüb.
 

Görüş zamanı tərəflər humanitar minatəmizləmə sahəsində qarşılıqlı əməkdaşlığın mövcud vəziyyəti, prioritet istiqamətlər və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr ətrafında fikir mübadiləsi aparıblar.


Müzakirələrdə mina təhlükəsinin aradan qaldırılmasının yalnız təhlükəsizlik məsələsi olmadığı, eyni zamanda regionda dayanıqlı sülhün və sosial-iqtisadi inkişafın təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Həmçinin minatəmizləmə fəaliyyətinin əhalinin təhlükəsiz yaşayışının təmin olunması və məskunlaşma prosesinin dəstəklənməsində mühüm rol oynadığı qeyd edilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin