Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini YOXLADI

Hazırda oxunan: Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini YOXLADI

637426

Hesablama Palatasında qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilmiş növbəti Kollegiya iclasında auditor Vəfa Mütəllimovanın təqdim etdiyi "2025-ci il üzrə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin və xərclərinin auditinin nəticələrinə dair Auditor hesabatı" müzakirə olunub.

Bizim.Media Palataya istinadən xəbər verir ki, iclasda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev və sədr müavini Səfər Mehdiyev iştirak ediblər.

Müzakirə zamanı deputat auditin nəticələri ilə bağlı bir sıra fikirlər səsləndirib, təkliflər irəli sürüb.
 

Fondun sədri auditin nəticələrinin aidiyyəti sahədə fəaliyyətin təkmilləşdirilməsinə töhfə verəcəyini vurğulayaraq, irəli sürülən təklif və tövsiyələrin nəzərə alınacağını qeyd edib.


Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, həmçinin aşkar olunmuş nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurum tərəfindən zəruri tədbirlərin görülməsinə dair qərar qəbul olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin