“KamAZ”da sıxılı vəziyyətdə qalan şəxsin xilası - VİDEO

Hazırda oxunan: “KamAZ”da sıxılı vəziyyətdə qalan şəxsin xilası - VİDEO

637459

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Qazax avtomobil yolunun Yevlax rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Aran Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "KamAZ" markalı yük avtomobili, "Renault” markalı avtomobildaşıyan və "Hyundai" markalı minik avtomobilinin iştirakı ilə yol-qəza hadisəsi baş verib və "KamAZ" markalı avtomobilin sürücüsü deformasiyaya uğramış maşında sıxılı vəziyyətdə qalıb.


Xilasedicilər xüsusi vasitələrin köməyi ilə yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü, 1981-ci il təvəllüdlü Firuddinov Ramil Allahverən oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin