"Bavariya"nın əfsanəsi məşqçiliyə başlayır - FOTO

Hazırda oxunan: "Bavariya"nın əfsanəsi məşqçiliyə başlayır - FOTO

637395

Fransa millisinin və "Bavariya"nın sabiq futbolçusu Frank Riberi məşqçilik fəaliyyətinə başlamaq üçün mühüm mərhələni geridə qoyub.

Bizim.Media xəbər verir ki, 43 yaşlı keçmiş yarımmüdafiəçi İtaliyanın məşhur Koverçano məşqçilik məktəbində təhsilini başa vurduğunu açıqlayıb.
 

"Bu gün məni həm insan, həm də peşəkar kimi inkişaf etdirən bir yol başa çatır. Koverçanoda keçirdiyim illərdə həmişə qəlbimdə daşıyacağım insanlarla tanış oldum. Professorlara, bütün əməkdaşlara və bu unudulmaz təcrübəni mənimlə bölüşən yol yoldaşlarıma təşəkkür edirəm.


Bu gündən etibarən əsl məşqçiyəm. Artıq driblinq və assist yoxdur. Amma sizə şou və yüksək tempdə futbol vəd edirəm", - deyə Riberi bildirib. (Oxu.az)






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin