"Saudi Aramco" Avropaya neft tədarükünü dayandırır - "Bloomberg"

Hazırda oxunan: "Saudi Aramco" Avropaya neft tədarükünü dayandırır - "Bloomberg"

637432

Səudiyyə Ərəbistanının dövlət neft-qaz şirkəti "Saudi Aramco" "Şərq-Qərb" neft kəmərinə edilən hücumdan sonra gələn ay bəzi avropalı müştərilərinə neft payı (kvotası) ayrılmayacağı barədə xəbərdarlıq edib. 

Bizim.Media xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumatlı mənbələrə istinadən xəbər yayıb. 

Agentliyin mənbələri bildirib ki, "Saudi Aramco" krallığın Qırmızı dənizə çıxan əsas neft kəmərinin hücuma məruz qalmasından sonra Avropanın ən azı iki neft emalı zavoduna gələn ay xam neft ayrılmayacağını bəyan edib. 

Avropalı alıcılar, adətən, Səudiyyə neftini hər ay sabit tədarükü təmin edən uzunmüddətli müqavilələr əsasında alırlar.

Lakin anonim mənbələrin agentliyə verdiyi məlumata görə, gələn ay bu cür tədarüklər həyata keçirilməyəcək və bu qərar bütün avropalı alıcılara şamil olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin