“Bizi “sıfır nöqtəsinə” geri sürükləməyə çalışırlar” - VİDEO

Hazırda oxunan: “Bizi “sıfır nöqtəsinə” geri sürükləməyə çalışırlar” - VİDEO

625149

“İndi sülh təkcə diplomatiyadan deyil, həm də məsuliyyətli kommunikasiyadan asılıdır. Münaqişələr yalnız döyüş meydanında deyil, həm də informasiya məkanında aparılır. İndi Ermənistan cəmiyyətinin bəzi dairələrində revanşist qüvvələr hələ də baş qaldırmaqda davam etdiyi bir vaxtda, medianın təhriflərə müqavimət göstərmək, nifrəti rədd etmək və həqiqəti müdafiə etmək məsuliyyəti daha da artır”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.

“Münaqişə artıq bitsə də, Ermənistan mediasında revanşist qüvvələr hələ də üstünlük təşkil edir. Hətta bəzi beynəlxalq media qurumları da bizi yenidən münaqişənin başladığı "sıfır nöqtəsinə" geri sürükləməyə çalışırlar”, - deyə Hikmət Hacıyev bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin