Şuşa şəhərində keçiriləcək “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Qlobal Media Forumunun iştirakçılarının Azərbaycanın mədəniyyət paytaxtına səfəri başlayıb.
Bizim.Media xəbər verir ki, Forum iştirakçıları təyyarə ilə Füzuli Beynəlxalq Hava Limanına gəliblər. Buradan onlar Şuşa şəhərinə yola düşəcəklər.
Qeyd edək ki, IV Şuşa Qlobal Media Forumunda dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edəcək. Şuşa Qlobal Media Forumu indiyədək keçirilən tədbirlər çərçivəsində 81 ölkədən 600-ə yaxın nüfuzlu media nümayəndəsini, eksperti və rəsmi şəxsi bir araya gətirərək qlobal media gündəliyinin müzakirə olunduğu aparıcı beynəlxalq platformalardan biri kimi mövqeyini möhkəmləndirib.
Forum iyulun 14-dək davam edəcək.







Bizim.Media

- A-
- A
- A+
Siyasət
18:03 / 12.07.2026
IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə gəliblər - FOTO
Hazırda oxunan: IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə gəliblər - FOTO
Hazırda oxunan: IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə gəliblər - FOTO
624836
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































