Xaçmaz rayonunun Qoçaqlı kəndində bədbəxt hadisə baş verib.
Bizim.Media xəbər verir ki, kənd sakini, 64 yaşlı Əbülfəz Balakişiyev elektrik dayağında iş görərkən ehtiyatsızlıqdan hündürlükdən yıxılıb. Onun dayağa naqil quraşdıran zaman yıxıldığı bildirilir. Nəticədə, Əbülfəz Balakişiyev aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

- A-
- A
- A+
Cəmiyyət
17:38 / 12.07.2026
Xaçmazda 64 yaşlı kişi hündürlükdən yıxılaraq VƏFAT ETDİ
Hazırda oxunan: Xaçmazda 64 yaşlı kişi hündürlükdən yıxılaraq VƏFAT ETDİ
Hazırda oxunan: Xaçmazda 64 yaşlı kişi hündürlükdən yıxılaraq VƏFAT ETDİ
624832
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































