Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Gela Geladze nümayəndə heyəti ilə birlikdə Azərbaycana rəsmi səfər edib.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Gela Geladze Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevlə görüşüb.
Tərəflər görüşdə Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq məsələlərini, Cənubi Qafqaz regionundakı mövcud vəziyyət və beynəlxalq təhlükəsizliyin qarşısında duran müasir çağırışları müzakirə ediblər.
Məlumata görə, artan qlobal təhdidlərin aradan qaldırılması prosesində iki ölkənin təhlükəsizlik xidmətləri arasında sıx əməkdaşlığın və tərəfdaşlığın dərinləşdirilməsinin vacibliyi vurğulanıb.
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavinləri Tamaz Boraşvili və Aleksandre Maisuradze də görüşdə iştirak ediblər.










Bizim.Media






























































































