Latviya Prezidenti İlham Əliyevi ölkəsinə DƏVƏT ETDİ

Hazırda oxunan: Latviya Prezidenti İlham Əliyevi ölkəsinə DƏVƏT ETDİ

616601

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media məktubda yazılanları təqdim edir:

"Zati-aliləri.

Ölkənizin Müstəqillik Günü münasibətilə Latviya xalqı adından və şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Latviya və Azərbaycan arasında mövcud olan dostluq münasibətlərini yüksək qiymətləndirdiyimi bildirirəm. Əminəm ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq suverenliyə, ərazi bütövlüyünə və qaydalara əsaslanan beynəlxalq nizama ortaq sadiqliyimiz əsasında daha da möhkəmlənəcək və inkişaf edəcək.
 

Həmçinin 2026-cı il aprelin 21-23-də Azərbaycan Respublikasına rəsmi səfərim zamanı mənə və nümayəndə heyətimə göstərilən səmimi qonaqpərvərliyə görə dərin minnətdarlığımı bildirirəm. Bu səfər ölkələrimiz arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi üçün əla imkan yaratdı.


Xüsusilə praktiki əməkdaşlığın inkişafı, eləcə də cari regional və beynəlxalq məsələlər üzrə apardığımız açıq və konstruktiv müzakirələri yüksək qiymətləndirirəm. Səfərim çərçivəsində keçirilən Azərbaycan-Latviya Biznes Forumunda iştirakınıza görə də Sizə təşəkkür edirəm.

Yaxın dialoqumuzun davam etdirilməsini səbirsizliklə gözləyirəm və Sizi münasib vaxtda Latviyaya rəsmi səfərə dəvət etməkdən məmnunluğumu ifadə edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin