Böyük Britaniyanın səfiri Fergus Auldun Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə səfir özünün "X" hesabında məlumat verib.
O, paylaşdığı videomüraciətdə deyib:
"Bu gün Böyük Britaniyanın Azərbaycandakı Səfirliyində son iş günümdür. Hər şey üçün təşəkkür edirəm! Azərbaycan mən gedəndən sonra da uzun müddət qəlbimdə qalacaq".
Bugün @ukinazerbaijan-da son iş günümdü.
— FergusAuldFCDO (@FergusAuldFCDO) May 22, 2026
Hər şey üçün təşəkkür edirəm! ❤️
Azərbaycan mən gedəndən sonra da uzun müddət qəlbimdə qalacaq. pic.twitter.com/sb3UdK6y0k
Bizim.Media




























































































