Anar Quliyev: “Qarabağda dünyanın ən iddialı yenidənqurma proqramlarından biri həyata keçirilir”

Hazırda oxunan: Anar Quliyev: “Qarabağda dünyanın ən iddialı yenidənqurma proqramlarından biri həyata keçirilir”

614771

“Azərbaycan iri miqyaslı şəhər yenilənməsi həyata keçirən, şəhərləri modernləşdirən, yaşıl infrastrukturu genişləndirən, mənzil şəraitini yaxşılaşdıran, iqlim dayanıqlılığını gücləndirən və daha ağıllı, inklüziv icmalar quran ölkəyə çevrilib”.

Bizim.Media xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında keçirilən yekun mətbuat konfransında deyib.

Komitə sədri bildirib ki, azad edilmiş ərazilərimizdə dünyanın ən iddialı yenidənqurma proqramlarından biri həyata keçirilir:

"Şəhər və kəndlər dayanıqlılıq, ağıllı planlaşdırma və insan ləyaqəti prinsipləri əsasında yenidən qurulur. Ölkə öz maliyyə resursları və milli potensialı hesabına "Böyük Qayıdış" Proqramı çərçivəsində işğaldan azad olunmuş şəhər və 300-dən çox kəndi sıfırdan inşa edir və keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışını təmin edir".

Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin