Zakir Həsənov gecə vaxtı düşmən gəmisinin ələ keçirilməsini izlədi – “EFES-2026”dan GÖRÜNTÜLƏR

Hazırda oxunan: Zakir Həsənov gecə vaxtı düşmən gəmisinin ələ keçirilməsini izlədi – “EFES-2026”dan GÖRÜNTÜLƏR

614465

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Özdərə hərbi düşərgəsində keçirilən "EFES - 2026" çoxmillətli birgə müştərək təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"nün gecə mərhələsini izləyib.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə qonaqlar tədbir çərçivəsində təşkil olunan Müdafiə Sənayesi Sərgisində nümayiş etdirilən hərbi silah və texnika nümunələri ilə tanış olublar.

Türkiyənin milli müdafiə naziri, Azərbaycan, Gürcüstan, Bosniya və Herseqovina müdafiə nazirləri, eləcə də digər yüksək səviyyəli müşahidəçilər gecə vaxtı şərti düşmən gəmisinin ələ keçirilməsi, sahil mühafizəsinin təşkili, helikopterlər vasitəsilə hava kəşfiyyatının və atəş dəstəyinin təmin edilməsi, artilleriya qüvvələri və digər bölmələr tərəfindən icra edilən müxtəlif tapşırıqların icrasını yüksək qiymətləndiriblər.
 

Qeyd edək ki, 50 ölkənin hərbi qulluqçularının qatıldığı təlimin əsas məqsədi genişmiqyaslı əməliyyatlar zamanı iştirakçı ölkələrin Quru qoşunları, Hərbi Dəniz və Hərbi Hava qüvvələrinin arsenalında olan silah və vasitələrdən birgə istifadə üsullarının və bacarıqlarının təkmilləşdirilməsidir.


Təlimdə həmçinin, hərbi kontingentlər arasında koordinasiyanın gücləndirilməsi, Taktiki Data Link (TDL) sistemlərinin effektiv istifadəsinin təmin edilməsi, hərbi əməliyyatlar zamanı kibertəhlükəsizlik qabiliyyətlərinin inkişaf etdirilməsi və ortaq kibertəhlükəsizlik anlayışının formalaşdırılması nəzərdə tutulub.






























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin