İraq Prezidenti Azərbaycan səfirini qəbul etdi

Hazırda oxunan: İraq Prezidenti Azərbaycan səfirini qəbul etdi

610894

İraq Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycanın bu ölkədəki səfiri Nəsir Məmmədovu qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə İraq Prezidentinin Administrasiyası məlumat yayıb.
 

Görüşdə Azərbaycanla İraq arasında mövcud ikitərəfli münasibətlər və əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.


Səfir görüş zamanı İraq Prezidentinə Azərbaycan Prezidenti adından məktub təqdim edib.

Məktubda iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərin vacibliyi vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin