Prezident Qarabağ və Şərqi Zəngəzurdan DANIŞDI

Hazırda oxunan: Prezident Qarabağ və Şərqi Zəngəzurdan DANIŞDI

609736

Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş sahələrində yenidənqurmaya gəldikdə, görüləsi işlər çoxdur.
 

MÖVZU İLƏ BAĞLI: 

Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirildi - FOTO


Bizim.Media  xəbər verir ki, bunu Prezident İlham Əliyev Qəbələdə Çex Respublikasının Baş naziri Andrey Babişin iştirakı ilə keçirilən Azərbaycan-Çexiya biznes-forumunda çıxışı zamanı deyib.

"Beləliklə, biz Dünya Bankı, AYİB, Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur və Sərmayə Bankı və digər aparıcı maliyyə təsisatları ilə artıq fəal işə başlamışıq", - Prezident bildirib və əlavə edib ki, məqsəd qarşımızda olan mühüm layihələrin icrasında daha çox dinamika yaratmaqdır:

"Beynəlxalq təcrübəyə gəldikdə, biz, həmçinin qeyd edə bilərik ki, "Moody's" Reytinq Agentliyi Azərbaycanın kredit reytinqini müsbət proqnozlu sərmayə reytinqi səviyyəsinə qaldırıb. Düşünürəm ki, bütün bunlar Azərbaycana pul vəsaitlərinin qoyulması üçün münasib məkan olması barədə investorlara yaxşı işarədir. Birmənalı olaraq, siyasi sabitlik, sosial sabitlik, təhlükəsizlik, yəni ölkədə işgüzar fəaliyyətlə məşğul olmaq qərarını qəbul edən sərmayədara ilk növbədə lazım olan hər meyar var".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin