Dünən gecəyarısı Müsavat Partiyasının VIII qurultayında seçkili orqanlara keçirilən seçkilərin nəticələri yekunlaşıb. Bu barədə Müsavat başqanının müavini Gülağa Aslanlı sosial mediada xəbər paylaşıb.
Müsavat funksionerinin sözlərinə görə, nəticədə Sevinc Hüseynova, Lümunət Əmrahlı, Xuraman Bağırova və Çingiz Əli Mərkəzi Nəzarət Təftiş Komissiyasına üzv, Almaz Məmmədova, Arifə Hüseynli, Aypara Rüstəmova, Başxanım Abbasova, Dünyaxanım Cərullayeva, Gülbəniz Bayramlı, Günel Rəhimli, Xatirə Qaryağdı, Xuraman Bağırova, Kəmalə Bəhlulova, Könül Alıyeva, Könül Turan Turk, Lətafət Məlikova, Nəsibə Şuşalı,
Nigar Yaqublu, Nüşabə Sadıxlı, Məlahət Mürşüdlü, Sevda Laçınlı, Vəfa Cümşüdlü, Arzu Səmədbəyli, Azər İsmayıl, Cahangir Əmirxanlı, Elman Fəttah, Fərəc Kərimov, Hikmət Hacızadə, Xeyrulla Balaxanlı, Xəqani Məmməd, İkram İsrafil, İsa Abbasov, Mehman Kərimli, Mustafa Hacıbəyli, Nəsiman Yaqublu, Osman Kazımlı, Rafiq Bəy İsmayıl, Rafiq İsmayıl, Sabir Məmmədli, Səxavət Soltanlı, Söhrab Məhərrəmli, Tofiq Yaqublu, Valeh Hummətoğlu, Vurğun Əyyub və Yadigar Sadıqov sərbəst Məclis üzvü seçiliblər.





































































































