Tahir Rzayev: “İlham Əliyevin çıxışında xalqın arzu və istəkləri ifadə olunur"

Hazırda oxunan: Tahir Rzayev: “İlham Əliyevin çıxışında xalqın arzu və istəkləri ifadə olunur"

48927
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin AŞPA sessiyasında çıxışı xalqımızın və dövlətimizin mənafeyinə xidmət etdiyinə, həqiqətləri və reallıqları düzgün əks etdirdiyinə görə xalqımız, cəmiyyətimiz tərəfindən çox yüksək qiymətləndirilir. 

Bunu millət vəkili Tahir Rzayev ölkə Prezidenti İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən sonuncu  yay sessiyasında etdiyi çıxışına münasibətini bildirərkən dilə gətirib.

Onun sözlərinə görə, həmin çıxışda təcavüzə məruz qalan, ancaq dünyada sülhü və demokratiyanı, insan hüquqlarını müdafiə edən bütöv bir xalqın arzu və istəkləri ifadə olunur. 

Millət vəkili qeyd edib ki, İ. Əliyev öz məntiqli fikirləri, əsaslandırılmış çıxışı ilə dünyaya öz cəsarətini, xalqına və torpağına ürəkdən bağlılığını sübut etməklə bərabər, həm də göstərdi ki, Azərbaycan durmadan inkişaf edən, qüdrətlənən, beynəlxalq hüquq və prinsiplərə arxalanan, söz və insan azadlıqlarına, tolerantlığa önəm verən, müstəqil siyasət yeridən bir dövlətdir. 

“Bu dövlətə nəyisə diqtə etmək, Azərbaycan xalqının mənafeyi əleyhinə nəyisə həyata keçirmək, Azərbaycan həqiqətlərini artıq təhrif etmək mümkün deyil. “Bizim əsas problemlərimizdən biri beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərimizin, Azərbaycanın ərazi bütövlüyünü pozulmasıdır. Ermənistanla Azərbaycan arasındakı münaqişə bütün regionu təhlükə ilə üzləşdirir” deyən ölkə rəhbəri bu münaqişənin həllində ikili standartlara yol verilməsinin qəbuledilməz olduğunu bildirib və dünya ölkələrini obyektiv mövqe tutmağa çağırıb.
 Cənab İlham Əliyev dönə-dönə bildirib ki, Azərbaycan vətəndaşlarının hüquqlarının qorunması və ölkədə hüquqi dövlət quruculuğunun genişlənməsi, vəzifəsindən asılı olmayaraq hər bir kəsin  qanun qarşısında cavab verdiyi onun üçün önəmlidir və bu istiqamətdə həyata keçirilən tədbirlər durmadan davam etdiriləcək. Ölkə rəhbəri bu yolda heç nədən çəkinmədiyini bəyan etməklə bərabər onu da bildirib ki, bizim ölkəmizə qarşı yönəlmiş həmlələr heç bir nəticə verməyəcək. Ona görə xalq öz Prezidentinin bu sözlərinə şərik olmaqla onun mövqeyini müdafiə edir və alqışlayır”-deyə,o, sözlərinə əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin