KXCP Milli Şurada baş verənlərdən narahat deyilmiş...

Hazırda oxunan: KXCP Milli Şurada baş verənlərdən narahat deyilmiş...

45790
Milli Şuranın sonuncu sessiyasında yaşananlar bir sualı aktuallşadırıb, görəsən, KXCP Milli Şuranın gələcək fəaliyyətində ancaq simvolik olaraqmı iştirak etmək istəyir, yoxsa ötən sessiyada yaşananlar artıq arxada qaldı?
Adıçəkilən partiyanın Ali Məclis sədri Bəybala Əbil Moderator.az-a açıqlamasında bu belə sualı cavablandırıb:

“KXCP Milli Şuranın fəaliyyətndə iştirak edir və mümkün imkanları ilə. Keçən sessiyada olanlar elə onun göstəricisidir. Biz istəyirik ki, Milli Şura ölkənin siyasi həyatında söz sahibi olan quruma çevrilsin, sadəcə formal qurum olmasın. Həm də hansısa partiyanın və partiyaların təsir dairəsində olmasın, daha geniş təbəqələri əhatə etsin.”

“Bunun üçün nə təklif edirsiniz ki, ötən sesssiyada yaşanan xoşagəlməz olaylar bir daha təkrarlanmasın” sualına cavabında müsahibimiz deyir ki, qurum konkret hədəflər istiqamətində fəaliyyət göstərərsə (məsələn, bələdiyyə seçkiləri) onda artıq söz-söhbətə yer qalmaz: 

“Prezident seçkilərində qazanılanları (ən azı dünya seçkiləri saxtalaşdırıldığını qəbul etdi) bələdiyyə seçkilkərində daha da irəli aparmaq olar.Digər tərəfdən,  Milli Şura kimi qurumlarada belə söhbətlər ola bilər. Bundan çəkinməyə dəyməz. Əgər mübahisələr səmimi olacaqsa qoy olsun. Axı Milli Şurada partiyaların birliyi deyil ki. Bizim partiyada bir nəfər (Akif bəy) istefasını səsləndirdi. O da müzakirə olunub,amma qəbul olunmayıb. Yəni baş verənləri faciə, dağılma kimi qiymətləndirmək düz deyil. Əksinə, gələcəkdə yarana biləcək daha ciddi narahatlıqların qarşısı alındı. Milli Şura Azərbaycandakı problemləri həll etmək səviyyəsinə qalxmaq üçün daha çox təkmilləşməli, təşkilatlanmalıdır. Bunun üçün də mübahisələrdən, tənqidi fikirlərdən çəkinməməlidir. Əslində həmin məsələlərlə bağlı Mirmahmud ağa Koordinasiya  mərkəzində müəyyən fikirlər söyləmişdi. Biz ümid edirik ki, Milli Şuranın imkanları tükənməyib və bu imkanlar səfərbərliyə alınacaq. Nəticədə Milli Şura daha güclü mövqeyə sahib olacaq. Əgər MŞ bələdiyyə seçkilərində iştirak edərsə, bu, onun həm genişlənməsinə, daha güclü təşkilatlanmasına, beynəlxalq aləmdə tanınmasına kömək olar.”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin