Əli Əliyev İsa Qəmbərin siyasi üslubunu bəyənmir

Hazırda oxunan: Əli Əliyev İsa Qəmbərin siyasi üslubunu bəyənmir

44747
Bəlli səbəblərdən payızda keçiriləcək bələdiyyə seçkilərinə diqqət və maraq demək olar ki, sıfır səviyyəsindədir. Müxalifət seçkilərin saxtalaşdırılacağına şübhə etmədiyindən, eyni zamanda bələdiyyələrin icra hakimiyyətinin qapazaltısı olan bir institut olduğundan payızdakı marafona qoşulub-qoşulmayacağına qərar verməkdə tərəddüd edir. Lap Müsavat başqanı İsa Qəmbər kimi...
Maraqlıdır ki, bu günlərdə ADP sədri Sərdar Cəlaloğlu təxminən bir ay öncə İsa Qəmbərə "Qarabağ bloku"nun bələdiyyə seçkilərinin qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı bir qanun layihəsi hazırlamaq istədiyini və Müsavatla birgə sənəd hazırlamaq niyyəti güddüklərini bildirmişdi, amma gözlənilməz cavab almışdı:

 "Ona dedim hesab edirik ki, bu, müxalifətin ümumi sənədi olmalıdır. Ona görə də etiraz etmirsinizsə bu sənədi bir yerdə hazırlayaq. Onda isa bəy mənə dedi ki, biz qərar vermişik ki, siyasətlə məşğul olmayaq."

Moderator.az-a açıqlama verən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev İsa Qəmbəri bu atmacasına görə qınayır:

"Əvvəla, Qarabağ blokunun belə təklifi varsa, buna müsbət yanaşıram. Müxalifət seçkilərdə fəaliyyətini koordinasiya etməlidir. O ki, qaldı İsa bəyin ifadəsinə, deyə bilmərəm söz müəllifi nə məqsədlə belə fikir işlədib. Onu deyə bilərəm ki, Sərdar bəylə İsa bəy yaxın dostdurlar. İsa bəyin fikrində zərif yumor sezilir. Bu da onun dərin intellekti və yəqin həm də Şəki kökləri ilə əlaqədardır. Onun anası Şəki kökənlidir. Dünyada isə əvəz olunmayan şəxs yoxdur. Konkret sahədə hər bir kəsin vaciblik əmsalını isə onun peşəkarlığı müəyyənləşdirir. Son illərdə İsə bəyi məndən çox tənqid edən olmayıb. Lakin bu onun zəif siyasətçi olduğuna dəlalət etmir. Mən onun siyasi üslubunu bəyənmirəm. Eyni zamanda son 25 ildə millətin içindən yetişən bacarıqlı siyasətçi olduğunu da etiraf edirəm."



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin