Əflatun Amaşov: “İndi insanlar məlumatı daha çox xəbər portallarından alır”

Hazırda oxunan: Əflatun Amaşov: “İndi insanlar məlumatı daha çox xəbər portallarından alır”

41537

Mətbuat Şurasının sədri Əflatun Amaşov Moderator.az-ın bir neçə sualını cavablandırıb.

-Əflatun müəllim, mətbuatın inkişafının əsas lokomotivi olan reklam bazarından nə qədər çox danışılsa da ortada hər hansı yenilik də gözə dəymir.

-Reklamla bağlı danışarkən deyə bilərəm ki, Azərbaycanda reklam bazarının həcmi ərazisi və əhalisi bizimlə eyni olan ölkələrin reklamının həcmindən kifayət qədər azdır. Qeyri-dəqiq məlumata görə bu gün Azərbaycanda il ərzində reklamlara 60 milyon manat xərclənir. Bu məbləğin əhəmiyyətli hissəsi küçə reklamlarının payına düşür. Bir hissəsi də televiziya və radio reklamlarıdır. Yalnız 3 milyondan artıq, təxminən 4 milyon manata yaxın reklamlar yazılı mətbuat vasitələrinə verilir. Son vaxtlar həyatımızın ayrılmaz hissəsinə çevrilmiş xəbər portallarına ayrılan reklamlarsa son araşdırmalara görə əhəmiyyətli dərəcədə artıb və bu məbləğ bütövlükdə yazılı mətbu orqanlara verilən reklamın səviyyəsinə çaıb, bəlkə də onu ötüb keçib. Bu gedişlə yaxın illərdə xəbər portallarına verilən reklamlar yazılı mətbu orqanlara verilən reklamlardan qat-qat çox olacaq. Bu gün Azərbaycanda 40-a yaxın gündəlik, 70-ə qədər həftəlik qəzet var. Xəbər portallarının sayı isə təxminən 80-100 arasındadır. Ötən il 170 xəbər portalı yaransa da onların çoxu demək olar ki, ya fəaliyyət göstərmir, ya da ictimai rəyə təsir emək gücündə deyil və həvəskar formada fəaliyyət göstərilir. Bu minvalla tezliklə xəbər portallarının sayı yüzlərlə olacaq. Nəzərə alsaq ki, xəbər portallarında manevr etmək çox asandır və operativlik baxımından nəinki qəzetləri, hətta televiziyanı da geridə qoyur, o zaman oxucuların ən çox müraciət ünvanına çevrilməsi də başa düşüləndir. Sonuncu rəy sorğularına görə ölkə oxucusunun, daha doğrusu rəyi soruşulanların  təqribən 40 faizi xəbər mənbəyi kimi televiziyaları, elə bu qədər də elektron media orqanlarını, 13 faiz qəzetləri, 7 fazisə radionun adını çəkib. Amma 3-5 il əvvəl bu rəqəm daha çox televiziyaların xeyrinə idi. Bu təkcə Azərbaycanda belə deyil. Atıq bütün dünyada əsas xəbər mənbəyi kimi xəbər portallarına üz tutan insanların şayı sürətlə artr. Ehtimal etmək olar ki, yaxın gələcəkdə bu rəqəmlər portalların xeyrinə daha da dəyişəcək.

-Bir halda ki, əsas xəbər daşıyıcısı portallardır, o zaman saytların da dövlət qayğısı ummağa haqqı çatır. Bu məsələnin nə vaxt reallaşmasını gözləmək olar?

-Biz də ötən il belə bir təşəbbüslə çıxış etdik ki, xəbər portallarının da maliyyələşməsi məsələsinə baxılsın, təəssüf ki, hələlik buna nail ola bilmədik. Bu məsələ KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunda da müzakiə olunub. Təəssüf ki, hələlik fondun büdcəsi imkan vermir ki, xəbər portalları da maliyyələşdirilsin. Amma əminəm ki, yaxın gələcəkdə fondun büdcəsi artarkən xəbər portallarına da yardım edilməsi məsələsi gündəmə gələcək.

-Ancaq KİV DF-yə ayrılan vəsaitdən tutaq ki, heç olmasa 20 fazi pilot layihə kimi ayıraraq bu işə indidən də başlamaq olardı. Təbii ki, könül istəsəydi...

--Yox, elə deyil. Bu məsələ əslində sırf fondun daxili işidir. Fond əvvəldən prinsiplər müəyyənləşdirib və hansı KİV-lər fondun müəyyənləşdirdiyi kriteriyalara uyğun gəlirsə onlar layihələr üzrə bu vəsaiti alırlar. Həmin layihələri də yarıda kəsmək mümkün deyil. Fondun büdcəsi artırılarsa o zaman xəbər portallarına da vəsait ayrılması mümkün olacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin