Bu sözləri SİA-ya açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, Ermənistan dövlət başçısı həngəlamələrdən sonra hayasızcasına yenə də danışıqlar masasına oturub: “Ermənistanın xarici işlər naziri E.Nalbanyanla Rusiyanın XİN rəhbəri S.Lavrovun keçirdikləri mətbuat konfransı zamanı Dağlıq Qarabağ probleminin tənzimlənməsinə dair bəyanat verdi. Bu bəyanat çaşdırıcı mövqe daşıyır. Ermənistanın prezidenti həmsədr ölkələrin 4 il əvvəl verdikləri bəyanatdan danışdığı halda, Edvard Nalbandyan ötən günkü, mətbuat konfransında həmsədr ölkə başçılarının 5 il bundan əvvəl verdiyi bəyanat haqqında danışdı. Lakin beş il bundan əvvəl həmsədr ölkə başçıları heç bir bəyanat verməyib. Onlar yalnız 4 il bundan əvvəl müəyyən bəyanatlar səsləndiriblər. Bu görüş yenilənmiş Madrid prinsipləri əsasında düzənlənmiş və Kazan görüşü xarakteri daşıyan görüşdür”.

- A-
- A
- A+
Siyasət
20:49 / 19.11.2013
Prezidentlərin 33 dəqiqəlik görüşünə - Şərh
Hazırda oxunan: Prezidentlərin 33 dəqiqəlik görüşünə - Şərh
Hazırda oxunan: Prezidentlərin 33 dəqiqəlik görüşünə - Şərh
36878
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































