Milli Şuradan və AXCP-dən istefa verən Asəf Quliyev siyasi fəaliyyətini davam etdirəcək. Bu barədə o, özü Moderator.az-a qısa aşqlamasında məlumat verib. A.Quliyev bildirib ki, istefa qərarı ilə bağlı lazımi açiqlama verib və bu barədə başqa heç nə danışmaq istəmir. "Bundan sonra siyassətlə məşğul olacaqsınızmı" sualını Milli Şuranın keçmiş funksioneri belə cavablandırıb: "Siyasi fəaliyyət göstərəcəm".
- Müxalifətdə qalacaqsınız, yoxsa...?
- Əlbəttə ki, müxalifətdə, başqa harada ola bilərəm ki?
- Siyasi təşkilat yaratmaq planınız yoxdur ki?
- Başqa siyasi partiya yaratmaq planım yoxdur. Başqa heç nə danışmaq istəmirəm.

































































































