“Namizədlər və onların səlahiyyətli
nümayəndələri çıxışlar zamanı efir imkanlarından sui-istifadə hallarına yol
verməməli, seçki qanunvericiliyinə əməl edərək, konstruktiv siyasi debatlara
üstünlük verməli, bir-birinin və başqalarının şəxsiyyətini alçaldan çıxışlar
etməməli, aparıcının sözlərinə əməl etməlidirlər”.
Moderator.az xəbər verir ki, bu açıqlamanı Mərkəzi Seçki
Komissiyasının (MSK) sədri Məzahir Pənahov
qurumun iclasında deyib. O qeyd edib ki, prezidentliyə namizədlərin
səlahiyyətli nümayəndələri debatlarda iştirak etməzdən əvvəl MSK-nı
məlumatlandırmalıdırlar: “Bu da sonradan təşkilati məsələlərdə problemin
yaranmaması üçün həyata keçirilir. Yaxşı olar ki, debatda müzakirə olunacaq
mövzuları səlahiyyətli nümayəndələr özləri müəyyənləşdirsinlər”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.