Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Moderator.az-ın verdiyi xəbərə görə, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin prezidentliyə namizədliyi qeydə alınmayıb.
Bu barədə Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda məlumat verilib. Bununla bağlı MSK-ya təqdim olunan 42,634 imzadan 5,571-i etibarsız hesab olunduğundan onun üçün toplanan imzaların yoxlanması prosesi dayandırılıb və onun namizədliyinin qeydə alınması üçün hüquqi əsaslar aşkar olunmayıb.


































































































