Ermənistanın baş naziri Tiqran Sarkisyan Azərbaycanın işğal altındakı bölgəsinə gəlib. Moderator.az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, Ermənistan baş naziri qondarma Dağlıq Qarabağ rejiminin 22-ci ildönümü münasibəti ilə keçirilən tədbirə qatılıb.
Separatçı rejimin başçısı Bako Saakyanla
görüşüb. Ermənistanın baş naziri Bako Saakyanla təkbətək danışıqlar apardıqdan
sonra müzakirələr genişləndirilmiş formada davam etdirilib.
Görüşdə qondarma rejimin baş naziri Ara
Harutyunyan və başqa vəzifəli şəxsləri də iştirak edib.


































































































