"İbrahimbəyovu qarşılamaq üçün 2 min kommandos hazırlanıb" - ŞOK AÇIQLAMA

Hazırda oxunan: "İbrahimbəyovu qarşılamaq üçün 2 min kommandos hazırlanıb" - ŞOK AÇIQLAMA

31281

Eks- spiker Rəsul Quliyev öz "facebook" səhifəsində  "Milli Şura"nın  prezidentliyə vahid namizədi  Rüstəm İbrahimbəyovun Bakıya  gəlişi ilə  bağlı sensasion  açıqlama verib.Moderator.az  Avropa.infoya istinadən xəbər  verir ki, eks- spiker , Rüstəm İbrahimbəyovun xalq arasından populyarlığından bəhs edərək bunları yazıb:

"Azərbaycan hakimiyyəti indiyə qədər heç vaxt  güclü rəqiblərini seçkiyə buraxmayıb.Qorxduqları rəqiblərini seçkiyə buraxmamaq üçün onlara qarşı müxtəlif çeşidli cinayət işləri açıb,ən yaxşı variant kimi ölkədən didərgin salıblar. Bu hakimiyyətin qorxduğu yeganə şəxs Rüstəm İbrahimbəyovdur. O, camaat arasında populyardır, xarici ölkələrin incəsənət adamları və son 3-4 ayda siyasətçiləri tərəfindən qəbul olunmuş şəxsdir. Bunun nəticəsidir ki, ABŞ konqresmenləri bu yaxınlarda Azərbaycanda olarkən prezidentlə görüşlərində ilk məsələ olaraq onun Azərbaycana gəlib seçkidə namizəd kimi iştirak etməsinə şəraitin yaradılması tələbini irəli sürüblər. Faktdır ki, Vaşinqtonda Helsinki komissiyasının müzakirələrində iştirak edən ABŞ dövlət adamlarının hamısı çıxışlarında M.Ş.-nın namizədi kimi R.İbrahimbəyova şərait yaradılmasını tələb ediblər, başqa sözlə seçkinin legitimliyinin bu faktordan asılı olduğunu qeyd ediblər. Bu dinləmələrdə iştirak edən Azərbaycanın Vaşinqtondakı səfirinin hesabatı rejimin təşvişini bir qədər də artırıb.

  İbrahimbəyovun gündən günə artan nüfuzunun qarşısını almaq üçün ancaq özlərinə xas olan metodlara əl atdılar. Bu gün R.İbrahimbəyova qarşı yazılan ssenari artıq detalları ilə məlumdur.  Onu korrupsioner, pul mənimsəyən kimi təqdim etmək niyyətindədirlər. Əsas məqsəd onu Azərbaycana buraxmamaq, seçkidə iştirak etməsinə imkan verməməkdir. Bu gün o 31 iyulda Bakıya gələrsə onu qarşılamağa gedənləri amansızcasına dağıtmaq ,kimlərisə həbs etmək komandası artıq verilibdir, bunun üçün inandıqları xüsusi polis dəstələrində 2 mindən artıq komandos yaradılıb. R.İbrahimbəyovu isə aeroportda həbs edib 2 gün ərzində açılmış 'cinayət' işi ilə əlaqədar həbsxanadan buraxmamaqdır. Siz bu ssenari ilə son 20 ildə yüzlərlə insanların həbs edildiyinin şahidisiniz. 

Bu məqsədlərini həyata keçirmək üçün R.İbrahimbəyovla indiyə qədər birgə işləmiş adamları intensiv şəkildə istintaqa çağırırlar, onun üçün ' cinayət' işləri formalaşdırırlar. Haqq ədalətin olmadığı bir ölkədə bu işləri görməyin nə dərəcədə asan bir şey olduğunu hər birimiz bilirik. Bu hazırlıq işindən sonra məqsəd tez bir zamanda onun üzərində məhkəmə prosesi başlamaq və cinayətkar kimi bir neçə illiyə həbs etməkdir. Başqa sözlə seçkidə iştirakına icazə verməməkdir. Çox ehtimal ki, R.İbrahimbəyovun törətdiyi çax saylı 'cinayətləri ' barədə 30 iyulda tele şouda hazırlanır.

Hakimiyyətin belə bir əxlaqsız planının həyata keçirilməsi Azərbaycanın yaxın 10 illərdə demokratikləşməsi prosesinin üzərindən xətt çəkməkdir. Hadisələr bu şəkildə inkişaf etsə Azərbaycanı azərbaycansızlaşdırmaq siyasətinin 3-cü və ən ağır nəticələr verə biləcək mərhələsi başlayacaq. Azı bir milyon azərbaycanlı və ziyalıların böyük bir hissəsi ölkəni tərk edəcəkdir. Bizim ağalara qulluq etmək üçün Tailanddan tutmuş Afrika ölkələrinə qədər adamlar gətiriləcəkdir.

R. İbrahimbəyov verdiyi sözə əməl edən adamdır. Onunla təmasda olanların arasında 'söz verdi ancaq əməl etmədi' deyə bilən bir adamda tapılmaz. İndi bizim əsas işimiz hökumətin xalqı tam sındıracaq bu planının qarşısını almaqdır.Əgər onu müdafiə edə bilməyəcəyiksə verdiyi sözə əməl edib 31-ində Bakıya gəlib, cəmiyyətdən tədric edilməsi nə qədər məqsədə uyğundur məsələsi bu gün bizim hər birimizi narahat etməlidir. Bu bir daha göstərir ki, biz R.İbrahimbəyovun vahid namizədliyində qətiyyətli olmalıyıq. Hökumətin xalqla oynamaq,ələ salmaq şansını əlindən almalıyıq. Düşünürəm ki, R. İbrahimbəyov Bakıya gəlməmişdən öncə hansı isə bir ölkədə M.Ş.-nın bir sıra üzvləri ilə görüşməli və dərindən müzakirə etməlidir. Gərək bütün qüvvələri hökumətin bu müdhiş ,xalqın əleyhinə olan siyasətinin qarşısını almaq üçün mobilizasiya etməyin yollarını axtaraq. Məqsəd bir olmalıdır, ya R.İbrahimbəyov seçkilərdə iştirak edəcək,ya da seçkilərin keçirilməsinə imkan verməyəcəyik. R.İbrahimbəyovun xalqdan tədric edilməsi ölümə bərabər bir şeydir biz buna yol verə bilmərik. Hörmətli azərbaycanlılar və M.Ş.-nın üzvləri bu yazdıqlarım absolyut real faktlara söykənib, xahiş edirəm vaxta az qalıb münasibətinizi bildirəsiniz.

1.R.İbrahimbəyov hökmən prezident seçkisinin namizədi olmalıdır, hamı bir nəfər kimi çalışmalıdır.

2.R. İbrahimbəyov onun müdafiəsini real təşkil etdikdən sonra Bakıya gəlməlidir.

3. Bunun üçün onun M.Ş,-nın bir sıra üzvləri ilə görüşüb real vəziyyəti müzakirə etməsi zəruridir.

4. R.İbrahimbəyovun namizədliyi qeydə alınmasa ümumiyyətlə prezident seçkilərinin keçirilməsinə imkan verməməliyik".


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin