Paşinyan Orduya əmr verdi: "Hücuma hazır olmalıyıq"

Hazırda oxunan: Paşinyan Orduya əmr verdi: "Hücuma hazır olmalıyıq"

233013
Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağla bağlı orduya əmr verib.

Paşinyan sosial şəbəkədə canlı yayım zamanı Qarabağ konflikti ilə bağlı hərbi-siyasi durumun gərgin olduğunu bildirib:
“Orduya sayıq və provokasiyalara qarşı hazır olmağı əmr etmişəm. Hərbi-siyası vəziyyət gərgindir. Bu atəşkəs rejiminin pozulması halları ilə yanaşı, Azərbaycan tərəfinin bəyanatları ilə də bağlıdır.
Hamı vətənin müdafiəsi üçün bütün işlərini saxlamağa hazır olmalıdır. Mənim oğlum da Qarabağda xidmət edir. Biz müdafiə olunaraq əks hücuma hazır olmalıyıq”.(Teleqraf.com )
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin