"Ordumuzun peşakarlığı və qəhrəmanlığı işğalçı ordunun əl-qolunu bağlayır"

Hazırda oxunan: "Ordumuzun peşakarlığı və qəhrəmanlığı işğalçı ordunun əl-qolunu bağlayır"

212736
Xəbər verildiyi kimi aprel ayında ölkəmizdə prezident seçkiləri keçiriləcək. Aprel ayı həm də bizim üçün “Aprel Qələbəmiz”in şanlı tarixidir. Ordumuz 2016-cı ilin aprel ayında dörd günlük müharibə zamanı ermənilərə yaxşıca dərs verdi. Sözsüz ki, düşmən ordusunun hər il aprel ayı gələndə yadına dörd günlük müharibədə verdiyi itkiləri düşür.xa0xa0

“Bu il aprel ayında keçiriləcək prezident seçkilərindən düşmən ordusu seçkilərdən istifadə edib aprel hadisəsinin qisasını almaq üçün hərəkətə keçə bilərmi?xa0

Moderator.az əməkdaşının sulalını cavablandıran keçmiş briqada komandiri, ehtiyyatda olan polkovnik Şair Ramaldanov düşmən ordusunun nəyinki aprel ayında, hər an hərəkətə keçə biləcəyini bildirib:

"Düşmən ordusu hər an hərəkətə keçə bilər. Bu gün düşmən ordusu hərəkətə keçmirsə, bu o demək deyil ki, onlar bunu haçansa planlaşdırır. Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində olan bölmələri hər an düşmənə layiqli cavab verir. Bundan başqa bölmələrimiz təmas xəttinə yaxın yaşayan mülki əhalinin də təhlükəsizliyini təmin edirlər. Buna görə də düşmən ordusu hərəkətə keçə bilmir. Bu yaxında atəşkəsi pozmağa cəhd edən erməni əsgəri də zərərsizləşdirildi. Azərbaycan Silahlı Qüvvələri atəşkəsi pozmur. Biz atəşkəsi pozmaqla torpaqlarımızı azad etmirik. İşğal olunan bizim torpaqlardı. Ermənistanda keçirilən seçkilər zamanı da cəbhədə vəziyyəti gərginləşdirməyə cəhd etdilər. Onlardan hər an bu hərəkəti gözləmək olar. Bu gün də onlardan bu gərəkəti gözləmək olar. Azərbaycan Silahlı Qüvvələri hər dəfə onların atəşkəsi pozması nəticəsində erməniləri cavab atəşi ilə susdurur. Kim deyir ki, müharibə dayanıb. Əgər onların bu gün cəbhədə elə bir hərəkəti yoxdursa, bunlar hamısı bizim ordumuzun gücünə görədir. Ordumuzun peşakarlığı və qəhrəmanlığı nəticəsində hərəkətə keçə bilmirlər. Azərbayn Silahlı Qüvvələri cəbhədə baş verən prosesləri nəzarətdə saxlayır.xa0

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin