Türkiyənin Rusiya və İsraillə münasibətlərinin normallaşması regionun xeyrindədir.
Moderator.az xəbər verir ki, bunu Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Sergey Lavrovla görüşün yekununda səsləndirib.
Lavrovla Suriya məsələsini geniş müzakirə etdiyini deyən Çavuşoğlu deyib ki, Suriyada siyasi qərarların qəbul olunması üçün biz birgə işləməliyik.
Türkiyənin terrorizmə qarşı aktiv mübarizə apardığını və buna görə də onun hədəfinə çevrildiyini deyən Çavuşoğlu deyib ki, ona görə də biz İŞİD-in bir başa hədəfinə çevrilirik:
“Biz təkcə İŞİD-i deyil, eyni zamanda “Cebhet ən-Nusra”x9dnı da terrorçu təşkilat sayırıq”x9d.





























































































