Məhkəmə Köçəryanla bağlı QƏRAR VERDİ

Hazırda oxunan: Məhkəmə Köçəryanla bağlı QƏRAR VERDİ

642195

Ermənistan Apellyasiya Məhkəməsi keçmiş prezident Robert Köçəryanın barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəkillərinin verdiyi vəsatəti rədd edib.

Bizim.Media xəbər verir ki, bu barədə eks-prezidentin vəkili Aram Orbelyan məlumat verib.
 

"Məhkəmənin qərarı daha əvvəlki analoji vəsatətlərdə olduğu kimi, eyni əsaslarla çıxarıldı. Şikayətimizə obyektiv və əsaslı baxılmadan, sadəcə formal əsaslandırmalar təqdim olunur", - deyə o bildirib.


Robert Köçəryan avqustun 25-də xidməti mövqeyindən sui-istifadə edərək böyük məbləğdə əmlakı dəyərindən ucuz qiymətə qanunsuz mənimsəmə ittihamı ilə saxlanılıb.

Avqustun 27-də isə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Hazırda keçmiş prezidentin oğlu da həbsdədir. Cinayət işi çərçivəsində Köçəryanlar ailəsinə məxsus 35 əmlak obyektinin adı keçir, ailəyə aid bir neçə şirkətin fəaliyyəti isə dondurularaq möhürlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin