Elektrikli avtomobillər casusluq edir? - Türkiyə və Qərb ölkələrində qadağalar başladı

Hazırda oxunan: Elektrikli avtomobillər casusluq edir? - Türkiyə və Qərb ölkələrində qadağalar başladı

642121

Elektrikli nəqliyyat vasitələrinin malik olduğu kamera, sensor, mikrofon və məkan xəritələndirmə sistemləri müdafiə sənayesində ciddi təhlükəsizlik narahatlığı yaradıb. Bu səbəbdən Türkiyə daxil olmaqla bir çox ölkədə xaricdən gətirilən elektrikli avtomobillərin hərbi və strateji obyektlərə girişi qadağan edilir.

Bizim.Media xəbər verir ki, Türkiyənin ASELSAN, ROKETSAN, HAVELSAN və TEI kimi aparıcı müdafiə sənayesi nəhəngləri xarici mənşəli elektrikli avtomobillərin öz kampuslarına daxil olmasına məhdudiyyət qoyub. TEI-nin Baş direktoru Mahmut Faruk Akşit bildirib ki, avtomobillərdəki sensorlar ərazinin dəqiq xəritəsini çıxarır və xarici serverlərə ötürür.

Oxşar qadağalar digər ölkələrdə də tətbiq olunur:

Polşa: Çin istehsalı olan avtomobillərin hərbi obyektlərə girişini və hərbçilərin xidməti telefonlarını bu maşınların multimedia sisteminə qoşmasını qadağan edib.

Almaniya, Çexiya, İsveçrə: Çin və ABŞ (Tesla) mənşəli bəzi elektrikli nəqliyyat vasitələrinin strateji sanaye və hərbi bazaların dayanacaqlarına girişinə icazə vermir.

ABŞ və Fransa: Xarici proqram təminatı ilə işləyən avtomobillərin 2027-ci ildən etibarən hərbi obyektlərdən tam çıxarılması üzərində hüquqi mexanizmlər hazırlanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin