"Sabah" - "Slaviya" oyununda ANTİREKORD

Hazırda oxunan: "Sabah" - "Slaviya" oyununda ANTİREKORD

642161

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda baş tutan "Sabah" – "Slaviya" (Çexiya) oyununda antirekord qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Opta" statistik portalı məlumat yayıb.
 

Qarşılaşmada qapı "çərçivə"sinə ilk zərbə yalnız 35-ci dəqiqədə vurulub. Bu göstərici qitənin ən nüfuzlu klub turnirinin tarixində statistik məlumatların toplanmağa başlandığı dövrdən (2003/2004 mövsümündən) bəri "çərçivə"yə birinci zərbənin vurulması üçün ən uzun müddət olaraq tarixə düşüb.


"Sabah"ın hücumçusu Kahim Parris 17-ci dəqiqədə topu rəqib qapısından keçirsə də, oyundankənar vəziyyət qeydə alınıb.

Qeyd edək ki, Azərbaycan çempionu Bakı Olimpiya Stadionunda baş tutan matçda Çexiya təmsilçisini iki cavabsız qolla məğlub edib. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin