İstanbulda güclü leysan: Sel suları qadını apardı – ANBAAN VİDEO

Hazırda oxunan: İstanbulda güclü leysan: Sel suları qadını apardı – ANBAAN VİDEO

642173

Türkiyənin İstanbul şəhərində güclü leysan yağıb. Nəticədə küçə və prospektləri su basıb, nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranıb.

Bizim.Media xəbər verir ki, Türkiyə KİV-lərinin yaydığı kadrlarda güclü su axınının yolda qalan avtomobilləri və piyadaları çətin vəziyyətdə qoyduğu əks olunub. 

Xüsusilə sosial şəbəkələrdə və xəbər portallarında yayılan görüntülərdə güclü su axıntısının hərəkət hissəsində aparmaq istədiyi bir qadının xilas edildiyi anlar böyük rezonans doğurub.

Meteoroloqlar yaxın 24 saat ərzində bölgədə güclü yağışların davam edəcəyini və yeni daşqın təhlükəsinin qalığını bildirərək sakinləri və sürücüləri diqqətli olmağa çağırıblar.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin