Gədəbəydə qəzaya düşən şəxslərin vəziyyəti açıqlanıb.
MÖVZU İLƏ BAĞLI:
Gədəbəydə bir ailənin 5 üzvü qəzaya düşdü: Ölən və yaralanan var
Bizim.Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, Gədəbəy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (1 kişi, 3 azyaşlı) dünən saat 23:45 radələrində Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
"Hadisə nəticəsində 1 nəfərin (qadın) həkiməqədər ölüm faktı qeydə alınıb", - məlumatda qeyd olunub.
Qeyd edək ki, bu gün Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza Çanaqçı kəndi ərazisində qeydə alınıb.
Belə ki, Gədəbəy rayon sakini, 1989-cu il təvəllüdlü Şükür Yapon oğlu Ələkbərov idarə etdiyi "VAZ 2107" markalı avtomobili yol kənarına aşırıb.
Fəridə, Bizim.Media


































































































