ABŞ Federal Təhqiqat Bürosu (FTB) “OpenAI” şirkətinin ofislərindən birində gizli səsyazma cihazı yerləşdirməkdə şübhəli bilinən əməkdaşını həbs edib.
Bizim.Media xəbər verir ki, bu barədə şirkət X sosial şəbəkəsində məlumat yayıb.
“OpenAI” bildirib ki, ofislərindən birində aşkar edilən yüksək texnologiyalı dinləmə cihazını öz modellərinin köməyi ilə təhlil edərək onun mənşəyini müəyyənləşdirib. Araşdırma nəticəsində cihazın şirkətin əməkdaşı tərəfindən bir neçə gün əvvəl quraşdırıldığı üzə çıxıb.
Şirkət məsələ ilə bağlı FTB-yə müraciət etdiyini, istintaqın aparıldığını bildirib.
“OpenAI” texnologiyalarının və məlumatlarının qorunmasına ciddi yanaşdığını, bu məsələnin milli əhəmiyyət daşıdığını vurğulayıb
Bizim.Media


































































































