ABŞ Prezidenti Donald Trampın Ukraynadakı müharibəni dayandırmaq cəhdləri strateji səhvlər və Moskva ilə gözlənilməz razılaşmalar səbəbindən uğursuzluqla nəticələnir.
Bizim.Media xəbər verir ki, Bloomberg nəşrinin köşə yazarı və politoloq Hel Brendsin (Hal Brands) təhlilinə görə, Vaşinqtonun Rusiya dizel yanacağının satışına tətbiq edilən sanksiyaları müvəqqəti yumşaltması Kremlin maliyyə imkanlarını artırır və Qərbin enerji asılılığını azaltmaq səylərini zərbə altına qoyur.
Eyni zamanda, Tramp administrasiyasının Kiyevdən Rusiyanın energetika obyektlərinə uzaqməsafəli zərbələri dayandırmağı tələb etməsi Ukraynanın əlindəki əsas təzyiq rıçaqını zəiflədir.
Tramp Putinlə razılığa gəlməyin asan olacağını düşünür, lakin Rusiya lideri yalnız müharibənin qiyməti onun üçün dözülməz dərəcədə baha başa gəldikdə geri çəkiləcək.
Sülh uzunmüddətli diplomatiya və müttəfiqlərlə sıx koordinasiya tələb edir, lakin Trampın səbirsiz və xaotik addımları Avropa və Kiyevdə narahatlıq yaradır.
Politoloqun fikrincə, Trampın Volodimir Zelenski və Avropa müttəfiqləri ilə münaqişə yaratması, kəşfiyyat dəstəyini kəsməklə hədələməsi Putində Qərbin parçalanacağı və müharibəni uzatmaqla qalib gələ biləcəyi illüziyasını yaradır.
Bizim.Media































































































